Futbol

"Real"ın transfer siyasəti nədən asılıdı?

"Real"ın baş məşqçisi Karlo Ancelotti komandanın transfer siyasətinin zədələrdən birbaşa asılı olduğunu bildirib.

İtalyan mütəxəssisin sözlərinə görə, transferlər barədə yekun qərar Milad bayramından sonra veriləcək:

"Transferlər? Milad bayramından sonra qərar qəbul edəcəyik. Hər şey zədəli futbolçuların sayından asılı olacaq".

Daha öncə Ancelotti qış "transfer pəncərəsi"ndə oyunçu transfer etməyəcəklərini açıqlamışdı.