Futbol

"Mançester Yunayted" bu xəbərlə sevindi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel Di Mariya qasığındakı zədəsini sağaldıb.

O, komanda ilə birlikdə "Liverpul"la matça hazırlaşır. Argentinalı 29 noyabrdan bəri meydana çıxa bilmir.

Di Mariya "Hall Siti" ilə görüşdə zədələnmişdi və meydanı tərk etmək məcburiyyətində qalmışdı.

"Mançester Yunayted" - "Liverpul" matçı 14 dekabrda Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.