Futbol

Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları bilindi, səbətlərin tərkibi açıqlandı

Qrup qalibləri 1-ci, ikinci yerin sahibləri 2-ci səbətə daxil edilib. 1/8 finalın püşkatma mərasimi dekabrın 15-i keçiriləcək

Ötən gecə keçirilən 8 oyunla Çempionlar Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. 

Artıq 16 komandanın püşk zamanı yer alacağı səbətlər də bəlli olub. Qrup qalibləri 1-ci, ikinci yerin sahibləri 2-ci səbətə daxil edilib. 1/8 finalın püşkatma mərasimi dekabrın 15-i keçiriləcək. 

I səbət: “Atletiko” (İspaniya), "Real” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Bavariya” (Almaniya), "Çelsi” (İngiltərə), “Monako” (Fransa), “Portu" (Portuqaliya), "Barselona" (İspaniya)

II səbət: "Şaxtyor” (Ukrayna), "Mançester Siti” (İngiltərə), "Arsenal” (İngiltərə), PSJ (Fransa), "Yuventus” (İtaliya), "Bayer” (Almaniya), "Şalke” (Almaniya), “Bazel” (İsveçrə)

1/8 finalın ilk oyunları 17-18 və 25-26 fevral, cavab matçları isə 10-11 və 17-18 mart tarixlərində keçiriləcək.