Futbol

Dieqo Simeone "Atletiko"dan ayrılır?

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda komandanı tərk edə bilər.

O, "Mançester Siti" və PSJ-nin baş məşqçi postuna əsas namizəd hesab olunur. "Le 10 Sport"un xəbərinə görə, Simeone ilk olaraq məzuniyyətə çıxmaq fikrindədi. Argentinalı qısa müddət ərzində ABŞ-a getmək istəyir. "Barselona"dan ayrılan Pep Qvardiola da "Bavariya"nın təklifini qəbul etməmişdən öncə oxşar addıma əl atmışdı.

Simeone 2011-ci ilin dekabrından bəri Madrid klubunu çalışdırır. O, "Atletiko" ilə Avropa Liqası, Avropa Superkuboku, İspaniya Kral Kuboku, İspaniya La Liqası və İspaniya Superkubokunun qalibi olub. Simeone həmçinin Çempionlar Liqasının gümüş medallarına da sahib çıxıb.