Futbol

"Liverpul"un təklifi Sterlinqi qane etmir

"Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq klubun təklif edəcəyi yeni müqavilənin maliyyə şərtlərindən razı deyil.

"Daily Telegraph"ın xəbərinə görə, yeni sazişin şərtlərinə əsasən, ingilis futbolçu həftəlik 70 min funt sterlinq qazanacaq.

"Real" Sterlinqlə yaxından maraqlanır. Madrid klubunun təklifinin daha cəlbedici olduğu bildirilir.

Cari mövsümdə Premyer Liqada 15 matçda meydana çıxan Sterlinq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.