Futbol

“Qarabağ”dan Avropa Liqasına şərəfli vida

“İnter” artıq qrup lideri kimi  “pley-off”a vəsiqəni təmin edib. Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi növbəti mərhələyə yüksələcəkdi.

Bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunları keçirilib.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da bu gün meydana çıxıb. Ağdam klubu doğma meydanda İtaliya “İnter”i ilə münasibətlərinə aydınlıq gətirib. 

“İnter” artıq qrup lideri kimi “pley-off”a vəsiqəni təmin etmişdi. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda, ikinci pillənin sahibi kimi növbəti mərhələyə yüksələcəkdi.

“Qarabağ”ı heç-heçə də qane edirdi. Bunun üçün qrupun digər oyunu – “Dnepr” – “Sent Etyen” görüşündə bərabərlik qeydə alınmalıydı. 

Qarşılaşmanın 90+4 dəqiqəsində "Qarabağ"ın futbolçusu Riçard Almeydanın təmiz qolunu hakim qeydə almayıb. Bu nəticə ilə "Qarabağ" avroliqanın qrup mərhələsini üçüncü pillədə tamamlayıb.

"Dnepr" isə fransızlara 1:0 hesabı ilə qalib gələrək "İnter"lə birlikdə növbəti mərhələyə adlayıb.

Avropa Liqası, Qrup mərhələsi, VI tur

11 dekabr

F qrupu

“Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) - 0:0
Baş hakim: Miroslav Zelinka
Hakim köməkçiləri: Andjey Pelikan, İrji Molaçek
Dördüncü hakim: Antonin Kordulin
Əlavə hakim köməkçiləri: Petr Ardeleanu, Yan Jilek (hamısı Çexiya)
Hakim-inspektor: Ray Ellinqhem (Uels)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": İbrahim Şehiç, Ansi Aqolli, Maksim Medvedev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Riçard Almeyda,  Qara Qarayev, Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov, Namiq Ələsgərov

Ehtiyat oyunçular:  Fərhad Vəliyev, Tərlan Quliyev, Admir Teli,  İlqar Qurbanov, Cavid Tağıyev,  Namiq Yusifov, Hacı Əhmədov

"İnter": Karrizo, Andreolli (k), Mvila, Dambrosio, Hüqo Kampanyaro, Mbaye, Donkor, Joel Obi, Rene Krhin, Pablo Osvaldo, Federiko Bonazzoli

Ehtiyat oyunçular: Kosta, Berni, Skiakka, Dimarko, Baldini, Andrea Palazzi 

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

İnter

6

3

3

0

4:1

12

2.

Dnepr

6

2

2

3

4:5

7

3.

Qarabağ

6

1

3

2

3:5

6

4.

Sent-Etyen

6

0

5

1

2:3

5