Futbol

"Ayntraxt"ın baş məşqçisi: "Emil Balayev yaxşı təsir bağışlayır"

Bu sözləri "Ayntraxt" klubunun baş məşqçisi Tomas Şaaf komandanın düşərgəsində baxışda olan "Neftçi"nin qapıçısı Emil Balayev haqda danışarkən deyib

"Emil Balayev yaxşı təsir bağışlayır. Səviyyəsi məni qane edir. Lakin qısa müddətdə onun haqda dəqiq fikir söyləmək olmaz".

Bu sözləri "Ayntraxt" klubunun baş məşqçisi Tomas Şaaf komandanın düşərgəsində baxışda olan "Neftçi"nin qapıçısı Emil Balayev haqda danışarkən deyib.

Frankfurt təmsilçisinin çalışdırıcısı sözlərinə belə davam edib: "Bu həftə onun buradakı müddəti başa çatacaq. Bundan sonra Balayevi yenidən sınaqdan keçirməyə çalışacağıq". 

Emil Balayev dekabrın 12-dək "Ayntraxt"ın düşərgəsində baxışda olacaq.