Futbol

"Mançester Yunayted"in Robben planı

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"The Telegraph"ın xəbərinə görə, "qırmızı şeytanlar" hollandiyalı futbolçuya görə 24 milyon funt sterlinq ödəməyə hazırdı. Rəsmi danışıqların qışda aparılacağı gözlənilir. Müqavilənin digər detalları barədə məlumat verilmir.

Cari mövsümdə Almaniya Bundesliqasında 10 dəfə meydana çıxan Robbenin aktivində 6 qol və 3 məhsuldar ötürmə var. Çempionlar Liqasında isə o, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.