Futbol

“Real” heç bir klubun bacarmadığını reallaşdırdı

Madrid “Real”ı Çempionlar Liqasının qrup mərhələsində 6 oyunun hamısında qələbə qazandı

Madrid “Real”ı Çempionlar Liqasının qrup mərhələsində 6 oyunun hamısında qələbə qazandı.

La Liqa nəhəngi 18 xal toplayıb, vurulan və buraxılan topların fərqi isə 16-2-di. “Real" 2011-ci ildə də oxşar uğura imza atmışdı.

Həmin vaxt “Real” “Srvena Zvezda”, “Lion” və “Ayaks”la eyni qrupda xal itkisinə yol verməmişdi. Top fərqi isə 19-2 olmuşdu. 

Bununla da, “Real” Çempionlar Liqasının tarixində qrup mərhələsində 2 dəfə xal itkisinə yol verməyən ilk klub kimi tarixə düşüb.