Futbol

UEFA tarixinin ən gözəl qolu açıqlandı

UEFA-nın 60 illik tarixi ərzində vurulan ən gözəl qol müəyyənləşib. Qitə futbol qurmunun rəsmi saytında keçirilən səsvermə artıq yekunlaşıb

UEFA-nın 60 illik tarixi ərzində vurulan ən gözəl qol müəyyənləşib. Qitə futbol qurmunun rəsmi saytında keçirilən səsvermə artıq yekunlaşıb.

Səsvermənin nəticəsinə əsasən, Hollandiya millisinin sabiq hücumçusu Marko van Bastenin AVRO-1988-in finalında SSRİ yığmasının qapısından mükəmməl zərbə ilə vurduğu qol birinci olub.

Ən gözəl 10 qol:

1. Marko van Basten - Hollandiya – SSRİ (AVRO-1988-in finalı)

2. Mauro Bressan - “Fiorentina” - “Barselona”  (ÇL-in qrup mərhələsi, 1999/2000 mövsü)

3. Zinəddin Zidan - “Real” - “Bayer” (ÇL-nin finalı, 2001/12 mövsümü)

4. Rui Koşta - Portuqaliya - İngiltərə (AVRO-2004-ün 1/4 finalı)

5. Piter Krauç - “Liverpul” - “Qalatasaray” (ÇL-nin qrup mərhələsi, 2006/07 mövsümü)

6. Kriştiano Ronaldo - “Mançester Yunayted” - “Porto” (ÇL-nin 1/4 final mərhələsi, 2008/09 mövsümü)

7. Deyan Stankoviç - “İnter” - “Şalke” (ÇL-nin 1/4 final mərhələsi, 2010/11 mövsümü)

8. Radamel Falkao - “Atletiko” - “Atletik” (Avroliqanın finalı, 2011/12 mövsümü)

9. Samuel Umtiti - “Lion” - “Tottenhem” (Avroliqanın 1/16 final mərhələsi, 2012/13 mövsümü)

10. Zlatan İbrahimoviç - PSJ - “Anderlext” (ÇL-nin qrup mərhələsi, 2013/14 mövsümü)