Futbol

"Qəbələ" Muntyanunun istefasını qəbul etdi, yeni çalışdırıcı müəyyənləşdi

"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu ilə yollarını ayırdığı dəqiqləşib. Bölgə təmsilçisi rumıniyalı mütəxəssisin istefa ərizəsini qəbul edib

"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu ilə yollarını ayırdığı dəqiqləşib. Bölgə təmsilçisi rumıniyalı mütəxəssisin istefa ərizəsini qəbul edib.
Artıq ona müvəqqəti əvəzləyici də tapılıb. Komandanı Premyer Liqanın 16-cı turunda keçiriləcək "Qarabağ"la oyuna Sənan Qurbanov hazırlaşdıracaq.
Azərbaycan Premyer Liqasında 13 oyundan 14 xal toplayan “Qəbələ” 6-cı yerdə qərarlaşıb.