Futbol

Rəşad Sadıqov: "İtalyan klubu ilə beynəlxalq matçda qarşılaşmaq bizim üçün xəyal idi"

"Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnformasiya yayılıb ki, Roberto Mançini əsas oyunçuları Bakıya gətirməyəcək"

Dekabrın 11-də Avropa Liqasının qrup mərhələsində doğma meydanda İtaliya "İnter"i ilə üz-üzə gələcək "Qarabağ"ın kapitanı Rəşad Sadıqov oyunöncəsi fikirlərini UEFA-nın rəsmi saytına bildirib. Təcrübəli müdafiəçi əvvəlcə bunları dilə gətirib:

“Çox çətin oyun olacaq. İtaliya çempionatında mübarizə aparmağın necə çətin olduğunu hamı yaxşı bilir. Bu mənada, italyan klubu ilə beynəlxalq matçda qarşılaşmaq bizim üçün xəyal idi.

"Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnformasiya yayılıb ki, Roberto Mançini əsas oyunçuları Bakıya gətirməyəcək. Bunun xeyrimizə olduğuna əmin deyiləm. Çempionatda oynamaq şansı əldə etməyən gənclər baş məşqçinin inamını qazanmaq üçün əllərindən gələni edəcəklər. Bu isə onu göstərir ki, bizi az problem gözləmir”.
 
Rəşad Ağdam klubunun heyətindəki itkilərdən də danışıb: “Aparıcı oyunçularımızın yoxluğunda məqsədə çatmalıyıq. Üç braziliyalı oyunçumuz zədəlidi. İnnosent Emeqara isə Avroliqanın qrup oyunları üçün qeydiyyatdan keçirilməyib. Buna baxmayaraq, biz doğma azarkeşlərimiz və mətbuatımızın önündə oynayacağıq. Qısası, böyük məsuliyyət daşıyırıq. Səbirli olmalı, Allahın bizə kömək edəcəyinə ümid etməliyik".