Futbol

FIFA "Barselona"nın xahişini rədd etdi

"Barselona" 4 ay müddətinə sıradan çıxmış Tomas Vermalenin əvəzinə qışda müdafiəçi transfer eləmək üçün FIFA-ya müraciət edib

"Barselona" 4 ay müddətinə sıradan çıxmış Tomas Vermalenin əvəzinə qışda müdafiəçi transfer eləmək üçün FIFA-ya müraciət edib. "Mundo Deportivo"nun verdiyi xəbərə görə, ali futbol qurumu "blauqrana"nın bu istəyini rədd edib. 

"Barselona" azyaşlı futbolçularla müqavilələrində qaydaları pozduğuna görə, FIFA tərəfindən cəzalanıb və 2016-cı ilin yanvarına qədər transfer hüququndan məhrum edilib.

Məlumatda bildirilir ki, "Barsa" İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.