Futbol

Van Persi "Mançester Yunayted"i sevindirdi

Son görüş günündə "Mançester Yunayted" səfərdə "Sauthempton"un qonağı olub və 2:1 hesablı qələbə qazanıb

İngiltərə Premyer Liqasında XV turun oyunlarına yekun vurulub.

Son görüş günündə "Mançester Yunayted" səfərdə "Sauthempton"un qonağı olub və 2:1 hesablı qələbə qazanıb. Van Persinin dublu "qırmızı şeytanlar"ı sevindirib.

 Ardıcıl 5 oyundu meydandan qalib ayrılan Mançester klubu hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Lider "Çelsi" ilə arasındakı xal fərqi isə 8-di.