Futbol

"Real" Luka Modriç və Xames Rodrigesə alternativ tapdı

Son oyunlarda yarımmüdafiə xəttində baş verən zədələr prosesi tezləşdirə bilər

"Real" "Kruzeyro"nun futbolçusu Lukas Silvanın transfer məsələsini tezləşdirməyə çalışır. AS dərgisinin verdiyi xəbərə görə, Madrid klubu əvvəlcə 21 yaşlı oyunçunun keçidini yayda həyata keçirməyi planlaşdırırdı.

Lakin son oyunlarda yarımmüdafiə xəttində baş verən zədələr prosesi tezləşdirə bilər. Hazırda Luka Modriç və Xames Rodriges zədələrini sağaltmaqla məşğuldular.

"Kruzeyro"nun prezidenti Lukas Silvanı 15 milyon avrodan ucuz satmayacağını bildirib.