Futbol

Pep Qvardiola Yaponiyanın reqbi millisini DÇ-2015-ə hazırlayır

"Biz taktika baxımından daha çevik olmalıyıq. Bütün oyunçularımız fikirlərini tək bir nöqtədə cəmləşdirməyi bacarmalıdılar"

Reqbi üzrə Yaponiya millisinin baş məşqçisi Eddi Cons bildirib ki, "Bavariya"nın çalışdırıcısı Pep Qvardiola komandanı İngiltərədə təşkil olunacaq Dünya Çempionatı-2015-ə hazırlamaqda kömək edir. "The Guardian" dərgisinin verdiyi xəbərə görə, o, bunları dilə gətirib:

"Biz taktika baxımından daha çevik olmalıyıq. Bütün oyunçularımız fikirlərini tək bir nöqtədə cəmləşdirməyi bacarmalıdılar. 

Mən "Bavariya"nın düşərgəsində oldum və Pep Qvardiola ilə fikir mübadiləsi apardım. O, dünyanın ən yaxşı baş məşqçisidi. 

Futbol və reqbi idman növlərində oxşarlıq çoxdu. Hər ikisində topu meydanın boş hissəsi ilə hərəkət etdirmək lazımdı. "Bavariya" və "Barselona" ötürmələr üzrə dünya futbolunun ən yaxşı komandalarıdı".