Futbol

Məşqçilər Komitəsi millilərin baş məşqçiləriylə görüşdü

Görüşdə hər iki yığma komandanın hazırkı vəziyyəti, hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi Nikolay Adam və Mirbağır İsayevlə görüşüb. 

AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, görüşdə hər iki yığma komandanın hazırkı vəziyyəti, hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.

U-19 və U-17 yığmamız Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb.