Futbol

Viktor Valdes "Mançester Yunayted"də?

"Barselona"nın sabiq qolkiperi Viktor Valdes yaxın günlərdə "Mançester Yunayted"lə müqavilə imzalaya bilər.

"Barselona"nın sabiq qolkiperi Viktor Valdes yaxın günlərdə "Mançester Yunayted"lə müqavilə imzalaya bilər. "Marca"nın xəbərinə görə, tərəflər artıq sazişin detallarını müzakirə edirlər.

İspan qapıçı keçən il "Barselona" ilə müqavilə müddətini uzatmamışdı. Uzun müddət zədədən əziyyət çəkən Valdes "Mançester Yunayted"in bazasında formasını bərpa edib. 

Xüsusilə də Lui Van Qal onun xidmətində maraqlıdı.