Futbol

"Barselona" Trabzona gəlir

Türk Hava Yolları (THY) "Barselona"ya sponsorluq edir. Məhz bu amilə görə, "Trabzonspor" klubu THY-dən dəstək istəyəcək

"Trabzonspor" klubu yeni stadionunun açılışına "Barselona"nı dəvət etməyi planlaşdırır.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, 2015-2016 mövsümündən etibarən yeni arenasına qovuşacaq Türkiyə təmsilçisi açılış üçün "Barselona" klubunu Trabzona dəvət edəcək.

Akyazı adlanan ərazidə inşası davam edən stadionda işlər sürətlə aparılır. Klub idarə heyətinin üzvləri öz aralarında etdikləri söhbətlərdə açılış matçı üçün İspan klubunu çağırmaq istədiklərini dilə gətiriblər. 

Türk Hava Yolları (THY) "Barselona"ya sponsorluq edir. Məhz bu amilə görə, "Trabzonspor" klubu THY-dən dəstək istəyəcək.

Məlumatda həmçinin qeyd olunub ki, "Barsa" isə "Trabzonspor"a cavabında proqrama uyğun olacağı təqdirdə açılışda iştirak etməkdən qürur duyacaqlarını çatdırıblar.