Futbol

"Qarabağ" - "İnter" matçının hakimləri müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "İnter" matçının hakimləri müəyyənləşib

Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "İnter" matçının hakimləri müəyyənləşib.

Dekabrın 11-də keçiriləcək oyunu çexiyalı hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Miroslav Zelinka olacaq. Ona Ondrjey Pelikan və İrji Molaçek köməklik göstərəcəklər. Antonin Kordula isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.