Futbol

"Real" ulduz futbolçusunu itirdi

"Real" bu ay keçiriləcək klublararası dünya çempionatı öncəsi ciddi itki ilə üzləşib

"Real" bu ay keçiriləcək klublararası dünya çempionatı öncəsi ciddi itki ilə üzləşib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, La Liqanın son turunda "Selta"ya qarşı matçda zədələnən Xames Rodriqes sözügedən turnirdə iştirak etməyəcək.

Madrid klubunun baş məşqçisi Karlo Ancelotti deyib: "Fikrimcə, Xames turnirdə oynaya bilməyəcək. Belə bir zədədən tez sağalmaq mümkün deyil".

"Real" - Selta Viqo" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.