Futbol

"Real" "Barselona" və Messiyə görə azarkeşlərini cəzalandıracaq

"Real" rəhbərliyi 17 azarkeşin mövsümlük abunə kartlarını ləğv etmək qərarına gəlib.

"Real" rəhbərliyi 17 azarkeşin mövsümlük abunə kartlarını ləğv etmək qərarına gəlib.

Buna "Selta" ilə oyunda bəzi fanatların "Barselona" və  Messi əleyhinə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub. Madrid klubunun intizam komitəsi videoyazıları gözdən keçirib və "Santyaqo Bernabeu" arenasının cənub tribunasındakı həmin azarkeşlərin kimliyinə aydınlıq gəlib.

Təqsirkar 17 azarkeşin stadiona girişinə qadağa qoyulacaq.