Futbol

"Noyer dünyanın ən yaxşı qapıçısıdı"

"Real"ın forvardı Kərim Benzemaya görə, dünyanın ən yaxşı qolkiperi onun komanda yoldaşı İker Kasilyas yox, "Bavariya"nın qapısını qoruyan Manuel Noyerdi.

"Real"ın forvardı Kərim Benzemaya görə, dünyanın ən yaxşı qolkiperi onun komanda yoldaşı İker Kasilyas yox, "Bavariya"nın qapısını qoruyan Manuel Noyerdi. Fransız futbolçu "Telefoot"a verdiyi açıqlamada bu barədə danışıb:

"Dünyanın ən yaxşı qapıçısı kimdi? Mənim fikrimcə, Manuel Noyer".

Noyer "Qızıl top"a namizədlərdən biridi.