Futbol

Qurban Qurbanov Roberto Mançinini qabaqladı

Avropa Liqasının qrup mərhələsinin son matçında üz-üzə gələcək "Qarabağ" və "İnter" klublarının oyunöncəsi son məşqlərinin və baş məşqçilərin mətbuat konfransının vaxtı da artıq açıqlanıb

Avropa Liqasının qrup mərhələsinin son matçında üz-üzə gələcək "Qarabağ" və "İnter" klublarının oyunöncəsi son məşqlərinin və baş məşqçilərin mətbuat konfransının vaxtı da artıq açıqlanıb. 

Dekabrın 10-da əvvəlcə Qurban Qurbanov mətbuat önünə çıxacaq. O, saat 18:00-da jurnalistlərin suallarını cavablandıracaq və yarım saatdan sonra komanda Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. 

“İnter”in baş məşqçisi Roberto Mançininin mətbuat konfransı isə saat 20:00-a nəzərdə tutulub. 20:30-da isə komanda son məşqə çıxacaq.
 
“Qarabağ” – “İnter” oyunu dekabrın 11-də keçiriləcək və saat 21:00-da başlayacaq.