Futbol

Mateo Kovaçiç: "Bu məğlubiyyəti unudub, "Qarabağ"la oyunu düşünməliyik"

"İnter" klubunun futbolçusu Mateo Kovaçiç İtaliya A Seriyasının son turunda "Udineze"yə məğlub olduqları (1:2) görüşdən sonra fikirlərini bildirib

"İnter" klubunun futbolçusu Mateo Kovaçiç İtaliya A Seriyasının son turunda "Udineze"yə məğlub olduqları (1:2) görüşdən sonra fikirlərini bildirib. Xorvat futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb:

"Bu mövsüm komanda istədiyi oyunu nümayiş etdirə bilmir. Lakin "İnter" böyük komandadı. Mançini iki həftədə komandada hansısa dəyişiklik edə bilməz. Görüləsi işlər çoxdu. Artıq "Udineze" ilə görüşü unudub, "Qarabağ" və "Kyevo" ilə oyunlara düşünməliyik".

"İnter" dekabrın 11-də Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"ın qonağı olacaq.