Futbol

Slaven Biliçdən "Beşiktaş"lılara böyük jest

“Beşiktaş” klubunun xorvatiyalı baş məşqçisi Slaven Biliç 3-cü dəfə ata olub

“Beşiktaş” klubunun xorvatiyalı baş məşqçisi Slaven Biliç 3-cü dəfə ata olub. 

Təcrübəli mütəxəssis yeni doğulan körpəsinə verdiyi adla “Beşiktaş” azarkeşlərinə də jest edib. 

Məlumata görə, xorvatiyalı baş məşqçi qızının adını xorvatca qartal mənasını verən Orao qoyub. 

Futbol həvəskarlarına məlum olduğu kimi, qartal “Beşiktaş” klubunun simvoludu. 

Üçüncü dəfə ata olan Slaven Biliçin daha əvvəlki evliliyindən 14 və 17 yaşlarında iki övladı var.