Futbol

Roberto Mançini: "Qarabağ"a qarşı az oyun şansı qazanan futbolçuları meydana buraxacam"

Avropa Liqasında qrup mərhələsinin son oyununda Bakıda "Qarabağ"ın qonağı olacaq "İnter" klubunun baş məşqçisi Robert Mançini bildirib ki...

Avropa Liqasında qrup mərhələsinin son oyununda Bakıda "Qarabağ"ın qonağı olacaq "İnter" klubunun baş məşqçisi Robert Mançini bildirib ki, Azərbaycan çempionu ilə görüşdə meydana əsas heyəti çıxarmayacaq. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Avroliqa heyətə düşə bilməyən futbolçular üçün bir şansdı. "Qarabağ"a qarşı az oyun şansı qazanan futbolçuları meydana buraxacam".

Dekabrın 11-də oynanılacaq qarşılaşma saat 21:00-da start götürəcək.