Futbol

Aleks de Souza göz yaşları içində futbolla vidalaşdı

Yubiley qarşılaşmasında Aleksə həyat yoldaşı Diane, böyük qızı Eduardo ilə Türkiyədə dünyaya gələn övladları Antonia və Felipe dəstək olub

“Fənərbağça” klubunun əfsanəvi legioneri Aleks de Souza karyerasını başa vurub. Aleks Braziliya 1-ci liqasının son turunda keçirilən “Koritiba” - “Bahia” matçının 87-ci dəqiqəsində göz yaşlarıyla oyundan çıxıb. 

Yubiley qarşılaşmasında Aleksə həyat yoldaşı Diane, böyük qızı Eduardo ilə Türkiyədə dünyaya gələn övladları Antonia və Felipe dəstək olub.

Türkiyənin Braziliyadakı səfiri isə əldə etdiyi uğurlara görə ulduz futbolçunu plaketlə təltif edib. 

Aleks sosial şəbəkədə yazdığı son tvitində həm doğma dilində, həm də türkcə, "Təşəkkürlər futbol!" yazıb.