Futbol

"Mançester Siti"də böyük şok

"Mançester Siti"nin forvardı Serxio Aquero minimum 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

"Mançester Siti"nin forvardı Serxio Aquero minimum 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Argentinalı "Everton"la görüşdə diz bağlarından zədə almışdı və 7-ci dəqiqədə oyunu tərk etmək məcburiyyətində qalmışdı. Qarşılaşmanın ardından onun zədəsinin ciddi olduğu ortaya çıxıb. Proqnozlara görə, Aqueronun bərpa prosesi 7 həftə davam edəcək.

"Şəhərlilər"in baş məşqçisi Manuel Pelleqrini məsələyə münasibət bildirib:

"Əlbəttə, Serxionun meydanda olmasını istəyərdik. Ancaq unutmayın ki, keçən il Aquero olmadan kifayət qədər oyuna çıxmışıq. Həmin komandadı, həmin futbolçulardı".