Futbol

Fransa İbrahimoviçin qol sevincindən danışır

Fransa Liqa 1-də mübarizə aparan PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç yenə vurduğu qolla gündəmə gəlib

Fransa Liqa 1-də mübarizə aparan PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç yenə vurduğu qolla gündəmə gəlib.

İsveçli hücumçu bu dəfə vurduğu gözəl qollarla deyil, qol sevinci ilə diqqət mərkəzinə düşüb. "Nant"la PSJ arasında keçirilən matçın 34-cü dəqiqəsində fərqlənən İbra top tora daxil olmamış sevinməyə başlayıb. 

Futbolçunun bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. PSJ matçdan 2-1 hesabı ilə qalib ayrılıb.