Futbol

Lionel Messi heç bir futbolçunun edə bilmədiyini reallaşdırdı

"Barselona"nın ulduz futbolçusu Lionel Messi İspaniya La liqasının XIV turunda "Espanyol"la qarşılaşmada 5:1 hesabı ilə qələbə qazandıqları görüşdə het-trik edib

"Barselona"nın ulduz futbolçusu Lionel Messi İspaniya La liqasının XIV turunda "Espanyol"la qarşılaşmada 5:1 hesabı ilə qələbə qazandıqları görüşdə het-trik edib.

Argentinalı forvard Kataloniya klubunun heyətində qollarının sayını 402-yə çatdırıb.

Messi bununla da hansısa İspaniya komandasında 400 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Təcrübəli futbolçu 374 qolu rəsmi, 28 qolu isə yoldaşlıq oyunlarında vurub.