Futbol

Qazaxıstan millisində yeni baş məşqçi

Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, sözügedən kollektiv çexiyalı Mixel Bilekə həvalə olunub. Bilek bu postda Stanimir Stoilovu əvəzləyib. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmır.

Bilek son olaraq ölkəsinin “Zlin" klubunda çalışıb. O, 2009-2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına kimi yüksəlib və bu mərhələdə Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub.