Futbol

Mussa Dembele rəsmən Çin klubunda

İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Mussa Dembele karyerasını Çində davam etdirəcək.

Dsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Çin təmsilçisi "Quançjou Fuli"yə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belçika millisinin üzvüylə 3 illik müqavilə imzalanıb.

"Quançjou Fuli" Dembele üçün "Tottenhem"ə 12 milyon avro ödəyəcək. Yarımmüdafiəçi yeni klubunda illik 10 milyon avro məvacib alacaq.

Dembele 2012-ci ildən "Tottenhem"də çıxış edirdi.