Futbol

UEFA feyr-pley qaydalarında dəyişikliyə hazırlaşır

UEFA maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər.

Dsport.az xəbər verir ki, ali futbol qurumu Avropa klublarının transfer ödənişləriylə bağlı qaydalara dəyişiklik etməyə hazırlaşır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Belə ki, UEFA, Avropa klublarının futbolçu transferi üçün müəyyən olunmuş məbləği maksimum 3 il ərzində ödəməyini istəyir.

PSJ 2017-ci ildə “Barselona”dan transfer etdiyi Neymar üçün müəyyən olunmuş 222 milyon avro transfer məbləğini maliyyə sənədlərində 5 ilə bölüb. Paris təmsilçisi Neymar üçün “Barsa”ya ildə 44,4 milyon avro ödəyir. Bu da, PSJ-yə maliyyə feyr-pleyi pozuntusundan qaçmağa imkan verir. UEFA-nın yeni qaydalarının qüvvəyə minəcəyi təqdirdə, həmin məbləğ 3 ilə ödənməlidir. Belə olduğu halda, PSJ hər il Neymar üçün Kataloniya klubuna 74 milyon avro ödəməli olacaq.