Futbol

Finalda uduzdular, baş məşqçi ilə vidalaşdılar

Libertadores kubokunun finalında əzəli rəqibi “River Pleyt”ə uduzan “Boka Xuniors”un baş məşqçisi Gilyermo Barros Skelotto istefaya göndərilib.

Dsport.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Skelottonu əvəzləməyə ən real namizəd kimi hazırda Braziliya “Palmeyras”ına rəhbərlik edən Luis Felipe Skolari göstərilir.

Skelotto 2016-cı il martın 1-dən “Boka Xuniors”un “sükanı arxasında” idi.