Futbol

"Qarabağ"la "Neftçi" susdu, "Xəzər Lənkəran" və "İnter" sevindi (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında XV turun oyunları keçirilib. Turun bütün görüşləri eyni gündə oynanılıb

Bu gün Azərbaycan Premyer Liqasında XV turun oyunları keçirilib. Turun bütün görüşləri eyni gündə oynanılıb.

Günün ilk qarşılaşmasında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib. Azərbaycan çempionatlarında ən çox qarşılaşan rəqiblər 58-ci dəfə üz-üzə gəlib. 

Minimal üstünlüyə malik “Qarabağ” son 5 oyunda rəqibinə uduzmamışdı. Son 4 görüşdə hər iki komanda qol sevinci yaşamışdı. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcəkdi. Oyunda qapılara qol vurulmayıb. 

"Sumqayıt" öz meydanında "Simurq"u qəbul edib. 12-ci duel öncəsi Zaqatala klubu aşkar üstünlüyə malik idi. İndiyədək qələbə qazanmayan “Sumqayıt” cəmi 1 xal əldə etmişdi. Qonaq komanda bütün matçlarda rəqib qapısına qol vurmuşdu. Bu dəfəki görüşdə sevinən tərəf ev sahibi komanda olub.

"Xəzər Lənkəran" "Qəbələ"nin müqavimətini qırmağı bacarıb. Lənkəran təmsilçisi əvvəlki 23 oyunda böyük üstünlüyə malik idi. Son 4 matçda uduzmayan, ardıcıl 3 oyundu meydanı qolsuz tərk etməyən cənublular indiyədək yalnız 1 ev görüşündə məğlub olmuşdu. 3 qolun qeydə alındığı bugünkü oyunda qonaqlara şans verilməyib.

Turun son qarşılaşmasında paytaxt təmsilçiləri - "İnter" və AZAL üz-üzə gəlib. 24-cü paytaxt derbisi ərəfəsində “bankirlər” üstün idi. Son 5 qarşılaşmada onlar meydanı qolsuz tərk etməmişdi. AZAL isə son 4 görüşdə cəmi 1 xal qazana bilmişdi. Qarşılaşmanın taleyini bir qol həll edib.

Premyer Liqa XV tur
 
7 dekabr (bazar)
 
“Qarabağ” – “Neftçi” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu

“Sumqayıt” – “Simurq” - 2:1
Qollar: Tofiq Mikayılov, 38, Məhəmməd Qurbanov, 81 - Rəşad Eyyubov, 5
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Kapital Bank Arena”

“Xəzər Lənkəran” – “Qəbələ” - 3:0
Qollar: Qalin İvanov, 6, Ruslan Tağızadə, 32-avtoqol, Ağabala Ramazanov, 53
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Mübariz Haşımov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Rauf  Əmirov
Hakim-inspektor: Əli Hüseynov
“Bayıl Arena”

“İnter” – AZAL - 1:0
Qol: Franko Nildo, 68
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nihad Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Murad Məmmədov 
“İnter Arena”
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 13 8 4 1 23-13 28
2 İnter 13 6 6 1 22-4 24
3 Neftçi 13 6 5 2 15-8 23
4 Xəzər Lənkəran 13 5 3 5 19-16 18
5 Simurq 14 5 2 7 19-19 17
6 Qəbələ 13 3 5 5 15-21 14
7 Sumqayıt 13 4 2 7 16-21 14
8 AZAL 13 3 4 6 14-23 13
9 Bakı 13 2 3 8 10-28 9
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0

Bombardirlər:

Mikel Alvaro (“İnter”) - 8 qol 
Nurlan Novruzov ("Bakı") - 6 qol     
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol
Draqan Çeran ("Simurq") - 5 qol 
Rəşad Abdullayev (AZAL) - 4 qol 
Cavid Hüseynov ("Qəbələ") - 4 qol 
İnnosent Emeqara ("Qarabağ") - 4 qol
Leroy Corc ("Qarabağ") - 4 qol