Futbol

Federasiya prezidenti saxlanıldı

Peru Futbol Federasiyasının prezidenti Edvin Ovyedo saxlanılıb. 

Dsport.az xəbər verir ki, polis federasiya rəhbərini cinayətkar təşkilat ilə əlaqalərdə şübhəli bildiyi üçün 10 günlük istintaqa cəlb edib. 

Həbs Lima şəhərində hüquq-mühafizə orqanının qərarı ilə həyata keçirilib. Ovyedo, əsasən, korrupsiya ilə bağlı ittiham olunur. 

Qeyd edək ki, Edvin Ovyedo 2014-cü ildən Peru Futbol Federasiyasının prezidentidi.