Futbol

İkardi ilə Dibala millidə qol hesabını açdı

Futbol üzrə Argentina millisi yoxlama oyununda Meksikanı 2:0 hesabıyla məğlub edib.

Dsport.az xəbər verir ki, bu oyun Mauro İkardi və Paulo Dibala üçün əlamətdar olub. Belə ki, hə iki futbolçu Argentina millisində ilk qolunu vurub. İkardi matçın 2-ci, Dibala isə 87-ci dəqiqəsində fərqlənib.

İkardi millidə 2013-cü ildə debüt edib. O, bu günə qədər yığmada keçirdiyi 7 oyunda fərqlənə bilməmişdi.

Dibala isə millidə ilk oyununa 2014-cü ildə çıxıb. 25 yaşlı futbolçu yığmada iştirak etdiyi 17 qarşılaşmada qol hesabını aça bilməmişdi.