Futbol

“Neftçi”li oynadı, “Qarabağ”lı heyətə düşə bilmədi

"Neftçi”nin futbolçusu Soni Mustivarın və “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi Haiti millisi yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, Müstivar Salvadorla səfərdə keçirilən matçın 53-cü dəqiqəsində meydana çıxıb. "Qarabağ"ın futbolçusu Geryenin adı isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.

Matç Salvadorun 1:0 hesablı qələbəsi ilə başa çatıb.