Futbol

Slavçevli Bolqarıstan da Millətlər Liqasında mübarizəni dayandırdı

Futbol üzrə Bolqarıstan yığması UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.

Dsport.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçevin də formasını geyindiyi sözügedən komanda qrup mərhələsinin 6-cı turu çərçivəsində doğma meydanda Sloveniya ilə qarşılaşıb.

C Liqasının 3-cü qrupunda yer alan komandaların duelində qalib müəyyənləşməyib - 1:1.

Slavçev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bolqarıstan yığması qrup mərhələsini 11 xalla ikinci pillədə başa vurub. Qrupun qalibi isə 13 xal toplamış Norveç olub.