Futbol

UEFA düzəliş etdi: Yeni bombardir Nazarov oldu

UEFA, Millətlər Liqasının 5-ci turu çərçivəsində keçirilən Azərbaycan - Farer adaları oyunu ilə bağlı növbəti qərarını verib.

Dsport.az xəbər verir ki, Azərbaycanın 2:0 hesabı ilə qalib gəldiyi matçda ilk qolun müəllifi yenidən Dmitri Nazarov göstərilib.

Noyabrın 17-də keçirilən qarşılaşma zamanı UEFA, qolu Nazarovun vurduğunu qeydə almışdı. Lakin matç bitdikdən sonra qurum düzəliş edərək, bunu avtoqol kimi dəyərləndirib və topu Raqnar Nattestadın passivinə yazmışdı.

Matçın baş hakiminin qeydləri və aparılan düzəlişlərdən sonra avtoqol ləğv edilib və Nazarovun qolu qeydə alınıb.

Bununla da, Nazarovun Azərbaycan millisindəki rekordu rəsmiləşib. Rəsmi matçlarda ən çox qol vuran futbolçu kimi tarixə düşən Nazarov, qollarının sayını 6-a çatdırıb. O, hərəyə 5 qol vuran Qurban Qurbanovla Vaqif Cavadovu arxada qoyub.