Futbol

İspaniyaya 1 qol bəs etdi - VİDEO

Futbol üzrə İspaniya milli komandası yoldaşlıq oyunu keçirib.

Dsport.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi kollektiv Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Bosniya və Hersoqovina yığması ilə qarşılaşıb. 

Görüşün taleyini 1 qol həll edib. 78-ci dəqiqədə 21 yaşlı yarımmüdafiəçi Brais Mendesin vurduğu qol ispanlara minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, İspaniya ilə matçda Bosniya və Herseqovinanın qapısını “Qarabağ”ın sabiq qolkiperi İbrahim Şehiç qoruyub.