Futbol

Hollandiya, Norveç və Makedoniya da növbəti mərhələdə!

UEFA Millətlər Liqasında 6-cı turun növbəti oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə 9 qarşılaşma baş tutub və növbəti mərhələyə yüksələn daha 3 komandanın adına aydınlıq gəlib.

A Liqasında Almaniya öz meydanında Hollandiya ilə üz-üzə gəlib. Meydan sahibləri artıq qrup sonuncusu kimi aşağı liqaya enib. Hollandiya isə qrupdan çıxmaq üçün Almaniya səfərindən ən azı 1 xalla qayıtmalı idi. Komandalar arasındakı ilk görüş 3:0 hesabı ilə hollandların xeyrinə başa çatmışdı. Bu oyunda almanlar uzun müddət 2:0 öndə olublar. Amma son dəqiqələrdə buraxılan qolların əvəzini çıxmağı bacaran Hollandiya yığması Fransanı qabaqlayaraq qrup qalibi adını qazanıb.

C Liqasının 3-cü qrupunda Bolqarıstan Sloveniyanı, Kipr isə Norveçi qəbul edib. Norveç və Bolqarıstanın qrupda eyni xalları vardı. Birinci yerin taleyi bu qarşılaşmalardan sonra bilinib. Bolqarların xal itirdiyi gündə növbəti qələbəsini qazanan Norveç yığması mərhələ adlamağın sevincini yaşayıb.

D Liqasının 4-cü qrupunda isə Makedoniya yığması doğma meydanda Cəbəllütariq üzərində darmadağınla pley-offa yüksələn tərəf olub.

A Liqasının 2-ci qrupunda İveçrə, 3-cü qrupunda Portuqaliya, 4-cü qrupunda İngiltərə, B Liqasının 1-ci qrupunda Ukrayna, 3-cü qrupunda Bosniya və Herseqovina, 4-cü qrupunda Danimarka, D Liqasının 1-ci qrupunda Gürcüstan, 2-ci qrupunda isə Belarus növbəti mərhələyə yüksələn komandalardır.

UEFA Millətlər Liqası
19 noyabr

A Liqası

1-ci qrup

Almaniya - Hollandiya 2:2
Qol: Verner, 9. Sane, 20 - Promes, 85. Van Deyk, 90.

B Liqası

1-ci qrup

Çexiya - Slovakiya 1:0
Qol: P.Şik, 32.

4-cü qrup

Danimarka - İrlandiya 0:0

C Liqası

3-cü qrup

Bolqarıstan - Sloveniya 1:1
Qol: İvanov, 68 - Zayç, 75.

Kipr - Norveç 0:2
Qol: O.Kamara, 36; 48.

D Liqası

1-ci qrup

Andorra - Latviya 0:0

Gürcüstan - Qazaxıstan 2:1
Qol: Merebaşvili, 59. Çakvetadze, 84 - Omirtayev, 90.

4-cü qrup

Makedoniya - Cəbəllütariq 4:0
Qol: Bardi, 27. Nestorovski, 67; 80. Traykovski, 90.

Lixtenşteyn - Ermənistan 2:2
Qol: Buçel, 44. Hasler, 47 - Adamyan, 9. Karapetyan, 85.