Futbol

Renat Dadaşov üçün 17 dəqiqə, “sarı” və 3 xal

Futbol üzrə Portuqaliya Sequndasında 10-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Akademiku Vizeu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Dadaşov da bu oyunun iştrakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb. Renat 90-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Eştoril” 10 turdan sonra 20 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.