Futbol

Əzizovun komandası ev oyununda xal itirdi

Futbol üzrə Hollandiya ikinci liqasında 14-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Rotterdam “Sparta”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Ziya bu görüşün iştirakçısı olmayıb. O, hazırda Azərbaycanın gənclərdən ibarət yığmasının düşərgəsindədi.

“NEK Neymegen” hazırda 22 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.