Futbol

“Zirə”nin futbolçusu Lüksemburqa qarşı oynadı, “Səbail”li izlədi

Futbol üzrə Moldova yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

Dsport.az xəbər verir ki, “Zirə”nin hücumçusu Aleksandr Dedovla “Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçukun formasını geyindiyi bu komanda doğma meydanda Lüksemburqla qarşılaşıb.

D Liqasının 2-ci qrupu çərçivəsində baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Dedov da bu matçın iştirakçısı olub. O, görüşün 82-ci dəqiqəsində meydana buraxılıb. Koçuk isə sonadək ehtiyatda qalıb.

Növbəti mərhələyə vəsiqə şansını itirmiş Moldova yığması bu heç-heçədən sonra xallarını 9-a çatdırsa da, qrup mərhələsini üçüncü pillədə başa vurub.