Futbol

“Keşlə”nin futbolçusu Qabon üzərində qələbəyə sevindi

Futbol üzrə Qambiya yığması Afrika Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Dsport.az xəbər verir ki, “Keşlə”nin futbolçusu Ebrima Sohnanın formasını geyindiyi sözügedən komanda 5-ci tur çərçivəsində doğma meydanda “Qabon”la qarşılaşıb.

D qrupunda yer alan komandaların duelində sevinən Qambiya yığması olub - 3:1.

Sohna da bu görüşün iştirakçısı olub. “Keşlə”nin futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qambiya yığması ilk qələbəsini qazansa da, hazırda yenə qrup sonuncusudu. Komandanın hesabında 5 xal var.