Futbol

Qarayevlə Almeyda yenə ən yaxşılar arasında

UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Dsport.az xəbər verir ki, Azərbaycan millisinin iki futbolçusu - Qara Qarayev və Riçard Almeyda ən yaxşılar arasında yer alıblar. Almeyda 401 dəqiq ötürmə ilə 2-ci, Qarayev 358 dəqiq ötürmə ilə 5-cidi.

Ötürmə sayında ilk pillədə İspaniya millisinin kapitanı Serxio Ramos qərarlaşıb - 433 ötürmə.