Futbol

“Qarabağ”ın futbolçusu qovuldu

CONCACAF Millətlər Liqasının seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Dsport.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən haitili futbolçular - “Qarabağ”ın sol cinah müdafiəçisi  Donald Gerye ilə “Neftçi”nin yarımmüdafiəçi Soni Mustivarın formasını geyindiyi Haiti millisi də növbəti matçına çıxıb.

Sözügedən komanda qrup mərhələsinin 3-cü turunda Nikaraquanın qonağı olub. Görüş Haitinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Gerye ilə Mustivar da bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Gerye üçün matş uğursuz olub. Belə ki, 29 yaşlı yarımmüdafiəçi 16-cı dəqiqədə komandası 1:0 hesabı ilə öndə olduğu vaxt birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Mustivar da start heyətdə yer alıb və 77-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 9-a yüksəldən Haiti turnir cədvəlinə başçılıq edir.