Futbol

İngiltərə Xorvatiyaya qalib gəldi, Belçika İsveçrəyə uduzdu

Futbol üzrə UEFA Millətlər Liqasında 6-cı turun oyunlarına start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

A liqasının 2-ci qrupunda İsveçrə ilə Belçika üz-üzə gəlib. Belçikalılara bu oyunda 1 xal da kifayət edirdi. Amma İsveçrə yığması prinsipial görüşdə rəqibini darmadağınla yola salıb.

4-cü qrupda İngiltərə Xorvatiyanı qəbul edib. Qalib komanda növbəti mərhələyə yüksələcəkdi. Bu sevinci İngiltərə yığması yaşayıb.

UEFA Millətlər Liqası
18 noyabr

A Liqası

2-ci qrup

İsveçrə - Belçika 5:2
Qol: R.Rodriqes, 26-pen. Seferoviç, 31; 44; 85. Elvedi, 62 - T.Azar, 2; 17.

4-cü qrup

İngiltərə - Xorvatiya 2:1
Qol: Linqard, 78. H.Keyn, 85 - Kramariç, 57.

B Liqası

3-cü qrup

Şimali İrlandiya - Avstriya 1:2
Qol: Evans, 57 - Şlager, 49. Lazaro, 90.

C Liqası

2-ci qrup

Macarıstan - Finlandiya 2:0
Qol: Salai, 29. Naqi, 37.

Yunanıstan - Estoniya 0:1
Qol: Lambropulos, 44-öz qapısına.

D Liqası

2-ci qrup

San Marino - Belarus 0:2
Qol: Draqun, 8. Saroka, 52.

Moldova - Lüksemburq 1:1
Qol: Ginsari, 58-pen - Bensi, 70.